صلاه در ادیان
نوشته شده توسط : شب های بی ستاره
    1. WikiProject North America.svg
      "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu 1-28 fevral 2017-ci il tarixlərində istifadəçiləri Şimali Amerika mövzusundakı məqalə müsabiqəsində iştiraka dəvət edir.
      Siz də qoşulub töhfənizi verə bilərsiniz!
      Ətraflı: Şimali Amerika ayı / Plan
       

      Dua

      Vikipediya, açıq ensiklopediya

      Dua - çağırış, dindarın Tanrıya, Tanrılara və s. fövqəltəbiilərə müaraciəti.

      Mündəricat

      İslam dinindә dua


      İslam

      Allah1.png

      İnanclar

      Allah

      Allahın varlığı və təkliyi
      Mələklər
      Müqəddəs kitablar
      Məhəmməd peyğəmbər (s)
      Digər peyğəmbərlər
      İmamət
      Axirət
      Kəlimeyi-şəhadət

      Firuiddin

      Namaz qılmaq
      Zəkat vermək
      Xüms vermək
      Oruc tutmak
      Həccə getmək

      Xüsusi günlər

      Besət bayramı
      Ramazan bayramı
      Qurban bayramı
      Qədiri-Xum bayramı

       

      Quran

      Sünnə · Hədis
      Təsavvüf

      Tarixşəxsiyyətlər

      Əhli-Beyt · Səhabə
      Şiəlik · Sünnilik · Xaricilik

       
       
       
      Əsas məqalə: Namaz
      Muslim man at prayer.jpg
       

      Ərәb dilindən tərcümədən, çağırmaq vә sәslәmәk mәnalarını ifadə edir.

      Dini termindә isә dua, müxtәlif hacәtlәrin hәyata keçmәsi üçün, Allah-taala ilә danışıb, Ondan kömәk dilәmәk mәnasını daşıyır.

      Allah-taala Qurani-Kərimdә buyurur: "(Ya Peyğəmbər!) Bәndәlәrim sәndәn Mәnim barəmdə soruşduqda, (onlara) de ki, Mәn (onlara) daha yaxınam, çağıranın duasını Mәni çağırarkәn icabәt edirәm. Onlar hidayət olsunlar deyə, Mәnim dә`vәtimi qәbul edib, Mәnә iman gәtirsinlәr!"

      Digər bir ayədə buyurur: "Rәbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hәdislәrdә dә duanın әhәmiyyәtindәn söz açılmış vә onun üzərində tәkid olunmuşdur. Hətta bәzi hәdislәrdә dua, möminin vә Peyğəmbərlәrin silahı adlandırılmışdır. Lakin, əsas mәsәlә insanın dua edәrkәn kimi çağırması, necә çağırması vә nә üçün çağırmasını bilmәsi vә başa düşmәsindən ibarətdir.

      DUANIN QAYDASI İslam dinindә hәr bir әmәlin özünәmәxsus qayda vә şәrtlәri olduğu kimi, duanın da özünәmәxsus olan bir sıra qayda vә şәrtlәri vardır. Onların әsaslarını qeyd edirik:

      1. Tәharәtli olmaq
      2. Dua edәrkәn üzü qiblәyә tәrәf әylәşmәk
      3. Haram vә pis işlәr üçün dua etmәmәk
      4. İnam vә yәqinlә dua etmәk
      5. Duada hacәtlәrin həyata keçməsinə tәkid etmәk
      6. Sәhәr çağı dua etmәk
      7. Dua edәrkәn hacәtlәri dilə gətirmək
      8. Duadan qabaq Allah-taala üçün hәmd-sәna demәk
      9. Duadan qabaq vә sonra Həzrət Peyğəmbər (s) vә onun məsum Əhli-beytinә (ә) salavat göndәrmәk;
      10. Müqәddәs mәkanlarda dua etmәk vә s.

      (1. Müfrәdatu әlfazil-Quran, (Rağib), sәh-315.), (2. Bәqәrә surәsi, ayә. 186) (3. Qafir surәsi, ayә. 60).

      Dua

      Bir in­sa­nın Al­la­ha iman gə­tir­di­yi­ni gös­tə­rən önəm­li əla­mət­lər­dən bi­ri də dua­dır. Dua edən in­san özü­nün aciz və zə­if qul ol­du­ğu­nu, is­tə­dik­lə­ri­ni özü tək ye­ri­nə ye­ti­rə bil­mə­yə­cə­yi­ni və bun­la­rı ona an­caq Al­la­hın ve­rə bi­lə­cə­yi­ni qə­bul et­miş olur. Dua Al­la­ha qul ol­ma­ğın ən saf, ən tə­miz, ən sə­mi­mi ifa­də­lə­rin­dən­dir. Qu­ran­da da mö­min­lə­rin əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri­nin "ge­cə-gün­düz səbir edə­rək Al­la­ha dua et­mək" ol­du­ğu be­lə xə­bər ve­ri­lir:

      "Sə­hər-ax­şam Rəb­bi­nin ri­za­sı­nı di­lə­yə­rək Ona iba­dət edən­lər­lə bir­lik­də özü­nü səbir­li apar. Fa­ni dün­ya­nın bər-bə­zə­yi­ni ar­zu edib nə­zər­lə­ri­ni on­lar­dan çe­vir­mə. Qəl­bi­ni Bi­zi xa­tır­la­maq­dan qa­fil et­di­yi­miz, nəf­si­nin is­tək­lə­ri­nə uyan və işin­də if­ra­ta va­ran bir kim­sə­yə ita­ət et­mə!"[1]

      An­caq dua­nın nə de­mək ol­du­ğu­nu və ne­cə edil­di­yi­ni yax­şı bil­mək la­zım­dır. Çün­ki Qu­ran­dan kə­nar qay­naq­lar­dan (mə­sə­lən, ata-ana­dan, ət­raf­dan, ənə­nə­lər­dən) öy­rə­ni­lən dua an­la­yı­şı adətən Qu­ran­da bil­di­ri­lən hə­qi­qi dua an­la­yı­şı­na uy­ğun gəl­mir. Bu­na gö­rə də Qu­ran­da bu möv­zu­da ve­ri­lən nöq­te­yi-nə­zə­ri və ruhi halı yax­şı dərk et­mək la­zım­dır.

      Qu­ran­da dua­nın an­caq tək­ba­şı­na və "için-için" edil­mə­sinin va­cib­li­yi bil­di­ri­lir. Dua­nın hə­qi­qə­tən is­tə­ni­lə­rək, Al­la­h qar­şısında in­sa­nın aciz­li­yi­nin və fə­qir­li­yi­nin qavranılaraq edil­mə­si va­cib­dir. Bu və­ziy­yət­də edi­lə­cək dua Qu­ran­da bil­di­ri­lən "için-için və yal­va­ra-yal­va­ra" ifa­də­si ilə uy­ğun ola­caq­dır:

      "Rəb­bi­ni­zə yal­va­ra-yal­va­ra, həm də giz­li­cə dua edin. Şüb­hə­siz ki, O, həd­di aşan­la­rı sev­məz!" [2]

      Qu­ran­da da mö­min­lə­rin giz­li şə­kil­də və son də­rə­cə sə­mi­mi dua et­dik­lə­ri xə­bər ve­ri­lir. Zə­kə­riy­yə bu mə­sə­lə­də nü­mu­nə gös­tə­ri­lən pey­ğəm­bər­lər­dən bi­ri­dir:

      "Bu sə­nin Rəb­bi­nin öz qu­lu Zə­kə­riy­ya­ya olan mər­hə­mə­ti­nin xa­tır­lan­ma­sı­dır! Zə­kə­riy­ya Rəb­bi­nə giz­li­cə dua edib yal­var­dı­ğı za­man be­lə de­miş­di: "Ey Rəb­bim! Ar­tıq sü­mü­yüm sus­tal­mış, ba­şım ağap­paq ağar­mış­dır. Ey Rəb­bim! Sə­nə dua et­mək­lə heç vaxt naü­mid ol­ma­mı­şam. Mən özüm­dən son­ra gə­lən qo­hum-əq­rə­bam­dan qor­xu­ram. Zöv­cəm də ki, qı­sır­dır. Bu­na gö­rə də mə­nə Öz dər­ga­hın­dan bir oğul bəxş et" [3]

      Baş­qa bir ayə­də isə dua­nın "ümid və qor­xu" için­də edil­mə­si­nin va­cib­li­yi xə­bər ve­ri­lir: "On­lar iba­dət üçün ya­taq­la­rın­dan qal­xar, qor­xu və ümid için­də Rəb­bi­nə dua edər­lər" [4]. Mö­min da­xi­lində həm Al­la­ha qar­şı eh­ti­ram do­lu bir qor­xu du­ya­caq, həm də onun rəh­mə­ti­nə və ne­mə­ti­nə ümid bəs­lə­yə­cək­dir. Al­lah sə­mi­mi şə­kil­də öz ri­za­sı üçün edi­lən dua­nı qə­bul edə­cək­dir. Qu­ran­da bu möv­zu ilə bağ­lı ve­ri­lən ayə­lər be­lə­dir:

      "Bən­də­lə­rim Mə­ni sən­dən so­ruş­duq­da söy­lə ki, Mən ya­xı­nam. Dua edib Mə­ni ça­ğı­ra­nın dua­sı­nı qə­bul edə­rəm. Gə­rək on­lar da Mə­nim ça­ğı­rı­şı­mı qə­bul edib Mə­nə iman gə­tir­sin­lər. Bu­nun­la da, ola bil­sin ki, doğ­ru yo­la ye­tiş­sin­lər" [5]

      "Rəb­bi­niz bu­yur­du: "Mə­nə dua edin, Mən də si­zin dua­la­rı­nı­zı qə­bul edim! Mə­nə iba­də et­mə­yi tə­kəb­bür­lə­ri­nə sı­ğış­dır­ma­yan­lar cə­hən­nə­mə zə­lil ola­raq gi­rə­cək­lər!" [6]

      İn­san dua edər­kən Al­la­hın onu qə­bul edə­cə­yi­nə əmin ol­ma­lı­dır. Al­la­hın hər ye­ri ehtiva etdiyinin fər­qin­də olub bu­na da­xi­lən iman gə­ti­rən bir mö­min Al­la­hın onu hər za­man hər yer­də gö­rüb eşit­di­yi şüu­ru ilə dua edər. Coş­ğu­lu ümid­lə, bir an be­lə ümid­siz­li­yə düş­mə­dən dua­sı­nın qə­bul edil­mə­si­ni göz­lə­yər.

      Al­la­hın kö­mə­yin­dən qə­tiy­yən şüb­hə­lən­mə­yə­rək, qə­bul ola­ca­ğı­na qə­tiyyətlə iman gə­ti­rə­rək dua­nı di­lə gə­tir­mək la­zım­dır. Əks bir dav­ra­nış nümayiş etdirən, yə­ni Al­la­hın ica­bə­ti­nə qar­şı şüb­hə ilə ya­na­şan in­sanın etdiyi dua isə Qu­ran mən­ti­qi ilə düz gəlmir. Çün­ki dua­nın özün­də Al­la­ha tam inam var­dır. Sa­le­hin "Şüb­hə­siz, mə­nim Rəb­bim ya­xın və (dua­nı) qə­bul edən­dir" ("Hud" su­rə­si, 61) ifadəsi ilə bil­di­ril­di­yi ki­mi, mö­min Al­la­ha qar­şı tam bir inam için­də ol­ma­lı­dır.

      An­caq bu ica­bət in­sa­nın is­tə­di­yi hər bir şe­yin müt­ləq hə­ya­ta keç­mə­si an­la­mı­na gəl­məz. Çün­ki bə­zən in­san, hə­qi­qət­də, özü üçün zə­rər­li olan bir şe­yi də Al­lah­dan istəyə bi­lər. Bu və­ziy­yət­də Al­lah ona is­tə­di­yi­ni ver­mək əvə­zi­nə da­ha xe­yir­li və gö­zəl olan bir baş­qa şe­yi ve­rər.

      Al­lah hər za­man sə­mi­mi bir dua­nı qə­bul edər. An­caq bu ica­bət hər za­man in­sa­nın tə­lə­bi­nin ey­ni­lə ye­ri­nə ye­ti­ril­mə­si de­mək de­yil­dir (Həm­çi­nin "ica­bət", "ca­vab ver­mək" mə­na­sı­nı da­şı­yır).

      Çün­ki in­san "…Olur ki, xo­şu­nu­za gəl­mə­yən bir şey si­zin üçün xe­yir­li­dir və olur ki, sev­di­yi­niz şey də si­zin üçün bir zə­rər­dir. Al­lah bi­lər, am­ma siz bil­məz­si­niz" ("Bə­qə­rə" su­rə­si, 216) hök­mü­nə gö­rə nə­yin yax­şı, nə­yin pis ol­du­ğu­nu hər za­man ayırd edə bil­mir. Bu sə­bəb­dən fər­qi­nə var­ma­dan "İn­san xey­rə dua et­di­yi ki­mi, zə­rə­rə də dua edər. İn­san çox tə­lə­sən­dir" ("İs­ra" su­rə­si, 11) ayə­si­nə gö­rə bəl­kə hə­qi­qə­tən zə­rər­li olan bir şe­yi is­tə­yər.

      Bu sə­bəb­dən in­san Al­lah­dan əv­vəl­cə Onun razılığını, Onun rəh­mə­ti­ni istə­mə­li­dir. Al­lah­dan özü­nün tər­bi­yə­lənməsi­ni və ka­mil­ləş­mə­si­ni di­lə­mə­li­dir. Bu­nun ne­cə ola­ca­ğı­nı Al­lah da­ha yax­şı bi­lir. Həm­çi­nin pey­ğəm­bər­lə­rin dua­la­rı da bu şə­kil­də­dir. Sü­ley­ma­nın "Sə­nin ra­zı qa­la­ca­ğı­n yax­şı iş gör­mək üçün il­ham ver" ("Nəml" su­rə­si, 19) şək­lin­də­ki dua­sı bir nü­mu­nə­dir.

      Bu­nun­la ya­na­şı, mö­min Al­la­hın Qu­ran­da tə­rif­lə­di­yi və nü­mu­nə ola­raq gös­tər­di­yi hər cür ne­mə­ti Al­lah­dan is­tə­yə bi­lər. Bu barədə et­di­yi dua­sın­da isə son də­rə­cə sə­mi­mi və ürək­dən dav­ran­ma­lı, is­tə­di­yi hər şey üçün Al­la­ha dua et­mək­dən çə­kin­mə­mə­li­dir. Çün­ki in­sa­nın nə is­tə­di­yi­ni bi­lən, ona is­tə­di­yi­ni ve­rən yal­nız Al­lah­dır.

      Ayrıca bax

      Xarici keçidlər

      Mənbə

      İstinadlar

    2. Kəhf surəsi, 28.
    3. Əraf surəsi, 55.
    4. Məryəm surəsi, 2-5.
    5. Səcdə surəsi, 16
    6. Bə­qə­rə surəsi, 186.

Mumin surəsi, 60.





:: برچسب‌ها: نماز در ادیان ,
:: بازدید از این مطلب : 28
|
امتیاز مطلب : 0
|
تعداد امتیازدهندگان : 0
|
مجموع امتیاز : 0
تاریخ انتشار : پنج شنبه 5 اسفند 1395 | نظرات ()
مطالب مرتبط با این پست
لیست
می توانید دیدگاه خود را بنویسید


نام
آدرس ایمیل
وب سایت/بلاگ
:) :( ;) :D
;)) :X :? :P
:* =(( :O };-
:B /:) =DD :S
-) :-(( :-| :-))
نظر خصوصی

 کد را وارد نمایید:

آپلود عکس دلخواه: